Xəbərlər

DUCATO 4X4 EXPEDITION DÜSSELDORF 2015 CARAVAN SALON SƏRGİSİNDƏ

22 September 2015

NEWS_01

• Yeni Show Camper Avtofurqonu Almaniya avtomobil şousunda bu şəkildə xarakterizə olunacaq: yüksək performansa malik və rahat avtomobil tez-tez getdikləri yerdən fərqli olaraq başqa yollardan keçmək istəyən, idman üslubunu sevən və macərapərəst müştərilər üçün mükəmməldir.
• Uzadılmış kənarları və hündür tavanı ilə Ducato camper əsasında hazırlanmış 4×4 Expedition rekreasiya avtomobilləri yüksək keyfiyyətli mebel hazırlayan Tecnoform ilə əməkdaşlığın nəticəsidir. Həmçinin layihəyə dörd təkərli idarəetmə sisteminə görə Dangel və gövdə fərdiləşdirməsinə görə Olmedo da cəlb olunub.
• Yeni açılan yollar: Camper Van (kamp üçün avtofurqon) seqmentində istehsalçılar və müştərilərin üstünlük verdiyi modelləri yaradan Fiat Professional bu gün Avropanın avtomobil bazarının 25%-dən çoxunu ələ keçirən bir sektorun genişləndirilməsi məqsədilə yeni müştəri kütləsinə müraciət edir və böyüməkdə davam edir.
• Bazara çıxarılmayan Show Camper avtofurqonu ilə Fiat Ducato Avropadaki yaşayış üçün əlverişli olan avtomobil istehsalçıları üçün ilk seçim yeri kimi öz mövqeyini yenidən gündəmə gətirir.

Fiat Ducato 4×4 Expedition Show Camper Avtofurqonu avqustun 28-dən Sentyabrın 6-a kimi Düsseldorfda keçirilən avtoturizm və açıq hava turizm sezonunun açılmasına həsr olunan dünyanın ən əhəmiyyətli tədbiri Caravan Salonda nümayiş olunacaq. Avtomobilləri istirahət üçün əlverişli məkana çevirən kamp xüsusiyyətli avtofurqon modellərində Avropa lideri Fiat Professional bu imkanı ötürmədi. Düsseldorfdakı özəl nümayişdən sonra Show Camper avtofurqonu İtaliyanın Parma, Fransanın Le Bourget və BK-ın Birmingham kimi çox əhəmiyyətli şoularında da nümayişə çıxarılacaq.

Bu tək versiyalı avtomobil ilə Fiat Professional öz gücünü təsdiq edir və Avropanın yaşamaq üçün əlverişli olan avtomobillər bazarının 25%-dən çoxunu ələ alan yaşayış furqonu seqmentində yeni perspektivlər açılmasını məqsəd alaraq davamlı böyüyür. Ən çox satan Fiat Ducato camper modelinə əsasən hazırlanan, kənar çıxıntıları və hündür tavanı ilə uzun təkərlərarası bazaya malik Fiat Ducato 4×4 Expedition yüksək performanslı və yolda çevik, geniş və rahat salona, eyni zamanda içəridə ayaq üstə dayanmağa imkan verən daha hündür interyerə malik avtomobil axtaran macəra pərəst insanlar üçün dizayn olunub.

Modelin digər bir gücü onun mükəmməl idarəetmə asanlığıdır: adi avtomobil kimi idarə olunur, təhlükəsiz və əyləncəlidir, eyni zamanda mükəmməl panorama və rahat oturacaqlar təklif edir.

Fiat Ducato 4×4 Expedition səmərəlilik və emissiya baxımından sinfində ən yaxşı olan və yanacaq sərfiyyatını azaltmağa imkan verən standart “Sürət Qutusu Göstərisi” funksiyasına malik son nəsil Multijet II 2.3 150 AG mühərriki ilə təchiz olunub. Dangel tərəfindən təkmilləşdirilən dörd təkər idarəetmə sistemi ilə birlikdə, o, ən çətin yollardan tam rahat şəkildə keçə bilir.

Kənardan Show Camper avtofurqonu iki çalarlı boz rəng ilə iki rəngli görünüşü, qaldırılmış və genişləndirilmiş kuzovu, ön tərəfin qoruyucu altlığı və LED gündüz işıqları (DRL) kimi çoxlu sayda Ducato Camper özəllikləri ilə xarakterizə olunur. Görünüş tətil üçün tam təchiz olunmuş və qismən içində gəzilə bilən ön bucurqad və dam baqajı ilə tamamlanır, bu isə yerdən iki yarım metr hündürlükdən əlverişli məkan kimi istifadə olunması deməkdir. Ağıllı texnologiyaların istifadəsi onun universallığını artırır və güclü xarakterini təsdiq edir.

Partnyorların mükəmməlliyi

Fiat Ducato 4×4 Expedition sektorun tanınmış ekspertləri ilə tərəfdaşlığın nəticəsidir: İnteryerdə Tecnoform, eksteryerdə Olmedo və dörd təkər idarəetmə sistemində Dangel ilə.

Tecnoform yaşayış furqonlarının və yaxtaların interyeri üçün mebel hazırlanmasında liderdir və yüksək keyfiyyətli materialları, dizaynetmə bacarığı, səmərəli istehsal və müasir təchizatı ilə tanınır. Ötən 20 il müddətində Tecnoform üslub, texnologiya və komfort baxımından rekreasiya avtomobillərinin interyerində trendlər yaradıb və Fiat Ducato 4×4 Expedition ilə əməkdaşlığının 50-ci ilini qeyd etməyə hazırlaşır.

İnteryer dizaynı təmiz cərgələr, eleqant mebellər və çöldə keçən gərgin bir günün sonunda mükəmməl şəkildə istirahət etmək üçün salon atmosferi yaradan yüksək texnologiyalı materialların istifadəsi ilə xarakterizə olunur. Eleqantlığın praktik quruluşlu texnologiya və yüksək keyfiyyətli materialların istifadəsi ilə birləşdiyi mühitdə texnologiya dizayn ideyalarının birləşdirilməsində və daxildə ümumi rahatlıq və xoşbəxtlik hissinin təmin olunmasında mühüm rol oynayır. Məsələn, Tecnoform mebel avadanlıqlarına quraşdırılmış işıq sistemi və birdən çox səs ucaldıcısına və açılıb-bağlanan düz ekranlı televizora malik son nəsil əyləncə sistemi yaradıb. Müasir komfort səyahət zamanı funksionallığa yol açır. Mebellərin üstü rasional quruluşu və mükəmməl formanı daha da yaxşılaşdırmaq üçün avadanlıqların istifadə yerini zərif şəkildə gizlədən “qapağa” bənzər bir hissə ilə təchiz olunub.

Dörd təkər idarəetməsi eksperti, bu sahədə 35 ildən çox təcrübəsi olan Dangel macəra və qeyri-ənənəvi özəlliklərin artırılması məqsədi ilə yeni Show Camper avtofurqonunun 4×4 ötürmə sistemini dizayn etdi. Daha geniş mənada, xüsusi qaldırılmış ön tərəf və böyük ölçülü şinlərin birləşdiyi hidravlik muftaya malik sabit dörd təkər idarəetmə sistemi bütün səthlərdən təhlükəsiz və inamla keçməyə imkan verir.

Eksteryer fərqli müştərilərin ehtiyaclarını qarşılamaq üçün sənətkarlıq və istedadın birləşdiyi şirkət, Olmedo tərəfindən dizayn olunub. Olmedo’nun məqsədi nəqliyyat şərtlərinin və istifadə fərqliliyindən asılı olaraq xüsusi ləvazimatların, eyni zamanda hərəkətetmə əngəli olan insanlar üçün rahat hərəkətetmə imkanının, rahatlığın və təhlükəsizliyin yaxşılaşdırılması üçün texnologiyalar təchiz etməkdir.

Yeni açılan yollar

Fiat Ducato 4×4 Expedition ən yeni texnoloji imkanlardan yararlanmaq istəyən idman üslublu, macəra dolu həyat tərzinə malik müştərilər üçün hazırlanıb. Ona görədir ki, avadanlıqlara USB girişli planşet tutucu, naviqasiya sistemli sensor ekran Radio UconnectTM NAV, arxa kamera və LED gündüz işıqları daxildir. Fiat Ducato camper modeli son dərəcə eklektikdir və dünyanın bir neçə ölkəsində satılır. Bu il o, prestijli Arctic Test avtomobil testindən uğurla keçib.

Güclü özəlliklərə sahib bu avtomobil yeni müştərilərə təqdim olunur, daha çox və universal istifadə imkanı təklif edərək yeni yollar kəşf edir. Fiat Ducato camper istənilən yerə gedə bilir və o, müştərilərə daha yaxşı necə xidmət göstərə biləcəyini araşdırır. Bunun əhəmiyyətini, böyüyən müştəri seqmentini, bundan əlavə gündəlik əlaqə saxlanılan yaşayış furqonları sahiblərinin və istehsalçılarının rəylərini nəzərə alaraq Fiat Professional yeni trendlərə uyğunlaşmaq və daha da irəli getmək üçün bazarı analiz edir. Məsələn, Fiat Professional ofisini ziyarət edənlər məhsullar və yaşayış furqonlarına dair xidmətlər baxımından onların gözləntilərini öyrənmək məqsədilə sorğu anketi doldurulması üçün dəvət olunur. Siz də həmin suallara https://www.fiatcamper.com vebsaytına daxil olmaqla cavab verə bilərsiniz.

Fiat Ducato: gəzən kamp olaraq yaradılmış tək model

İllərdir, Ducato avtofurqonunun özəllikləri yaşayış furqonları sahiblərinin marağına səbəb olub: kvadrat, qutu formalı arxa bölmənin hər santimetrindən tətillər üçün tam əlverişli məkan yaratmaq məqsədilə ağılla istifadə olunub. Fiat Ducado manevretməyi sadələşdirmək üçün mükəmməl dönmə hərəkətinə malikdir. Yığcam ön hissə və kabinə mövcud yaşayış məkanını optimallaşdırmağa imkan verən idarəetmə avantajı üçün son dərəcə kiçik kənar çıxıntılara malikdir.
Modelin bir gücü onun əvəzsiz rahatlığıdır: təhlükəsizlik, əyləncəli idarəetmə; başaltlıqları birləşdirilmiş dəbli ‘Captain Chair’ (“Kapitan oturacağı”) stilinə malik oturacaqlar, tənzimlənən sükan və hidravlik enerji dəstəkli sükan. Son olaraq, bir çox aktiv və passiv təhlükəsizlik cihazları tam rahat səyahət etmənizə imkan verir.
Ducato modeli bu sektorda liderdir və bütün Avropalı yaşayış furqonları istehsalçılarınin müraciət etdiyi ilk şassidir: son 10 ildə 500,000-dən çox ailə təhlükəsiz və inamla səyahət edir və Fiat Ducato modelli yaşayış furqonunda keçirdikləri səyahətdən zövq alırlar. Bu günədək əldə etdikləri çox illik təcrübə ilə Fiat Professional səyahətlərin təşkil olunmasında, təcrübə mübadiləsində və lazım gəldikdə dərhal müdaxilə edilməsində Fiat Ducato modeli sahibkarları üçün tam xidmət çeşidi təklif edir.

Fiat-dan YENİLİKLƏR