/script> Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib - Fiat Professional Azerbaijan

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobillərin hamısının rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Ambulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobillərdə yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir.

Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.

Need Help? Chat with us