Ducato Passenger
Transport

 FCA Importers – Fiat Professional

Ducato Passenger
Transport

NÖV VƏ ÇEŞİDLƏR

Fərdi səyahət ehtiyaclarınızı qarşılayan mükəmməl texnologiya

MÜNASİBLİK

MÜNASİBLİK

Salona daha asan girişi təmin edən mükəmməl texnologiya

Sərnişinlərinizin optimal yerləşməsi üçün sürgülü yan qapılar

• Avtomobilin yan tərəfinə mükəmməl şəkildə birləşir
• İstiqamətləndirici rels və şaquli qapı dəstəkləri sayəsində manevr etmək xüsusilə asandır
• Və çıxarılabilən pilləkənlər sərnişinlərin avtomobilə daxil olmasını və ondan düşməsini daha da sadələşdirir.

90°, 180° və ya istəyə uyğun olaraq 270° ölçüdə hər iki tərəfə açılan arxa qapılar sayəsində hətta çox dar məkanlarda belə malların və baqajın rahat yüklənməsi və boşaldılması üçün yük bölməsinə giriş asanlaşır.
Yük yerinin ayaqaltı plitəsi yerdən sadəcə 50 sm hündürlükdədir.
Və bununla bitmir:

• Yuxarı hissə giriş və çıxışın sadələşdirilməsi üçün sürgülü qapı ilə təchiz olunub
• Çemodanlardakına bənzər qapı dəstəyi tutmanı sadələşdirir.

Sağ tərəfdə yerləşən ikinci sürgülü yan qapı istəyə uyğun olaraq əlavə oluna bilər.
Yük yerinə giriş arxa qapılar vasitəsilə olduqca asandır:

• qapı alçaq tavanlı versiyada 1.5 m-dən çox, yüksək tavanlı versiyada isə demək olar 1.8 m hündürlüyə malikdir, çox hündür tavanlarda isə hündürlük 2 m-dən çox olmaqla rekord həddə çatır – bu isə o deməkdir ki, mallarınızı yükləmək üçün qaldırıcıya ehtiyac olmayacaq;

dar məkanlarda avtomobilin ətrafda daha rahat hərəkəti üçün iki fərqli açılma dərəcəsi mövcuddur: 180° və 270°

Yükün çəkisindən və düzülüş formasından asılı olmayaraq, hər zaman avtomobili sabit şəkildə idarə etmənizə kömək edir, beləliklə, təhlükəsizliyi və idarəetmə rahatlığını artırır.

Avtomobil park edildiyi zaman yük platformasını qaldırmağınıza və ya endirmənizə imkan verir.

• Malların və baqajın yüklənməsini və boşaldılmasını sadələşdirir

Enmə bucağını yaxşılaşdırır və ya avtomobilin altındakı maneədən rahat keçməsini təmin edir

DUCATO COMBI VƏ DUCATO PANORAMA FLEX FLOOR

DUCATO COMBI VƏ DUCATO PANORAMA...

İki avtomobil, minlərlə imkan.
İnnovativ Flex Floor sistemi sayəsində hətta daha çox universallıq:

• Oturacaqları asanlıqla, tez bir zamanda və təhlükəsiz şəkildə hərəkət etdirməyə, çevirməyə və çıxarmağa imkan verən alüminiumdan olan 3 istiqamətləndirici profilə malik döşəmə konstruksiyası
• Hər zaman ən yaxşı quruluşda olması üçün baqajı və sərnişin sahəsinin ölçülərini dəyişməyə imkan verir.

Xüsusilə fiziki qüsuru olan sərnişinlər üçün tövsiyə olunur

• Təkərli kürsülər üçün bərkitmə qurğuları

Avtonəqliyyat ilə bağlı çətinlikləri olan sərnişinlərin salona daha rahat daxil olması üçün hazırlanmış digər aksesuarlar.

DUCATO COMBI

DUCATO COMBI

Məkan daxilində məkan

İnsanların və əşyaların birgə daşınması üçün xüsusi olaraq hazırlanmış texnologiya.

• 5-dən 9-a
• 7 –dən 11.5 m3-dək yük həcmi
• 3 təkərlərarası baza, 3 uzunluqda, 2
• Şüşəli və ya yarı şüşəli
• 2-ci və 3-cü sıranın oturacaqları əşyalara daha çox yer ayrılması üçün qatlana, yığıla və çıxarıla bilir.
• Geniş və əlverişli əşya saxlama bölməsinə malik yan panellər
• Maksimum rahatlıq və hər bir sərnişin üçün ayrı havalandırma dəlikləri ilə, tavanaltı kanallar vasitəsilə havanın optimal dağılması

Böyük versiyalarda da mövcuddur.

Combi

GVW (Tam Avtomobil Kütləsi): 3000-dən 3500 kq-dək
Oturacaqların sayı və yük tutumu (sürücü oturacağı daxil olmaqla):

– 5 oturacaq və 1025 kq-dək;
– 9 oturacaq və 753 kq-dək;

Təkərlərarası baza: 3000 və 3450 mm

Xarici hissənin ölçüləri:

– Uzunluq: 4963 və 5413 mm
– Hündürlük: 2254 və 2524 mm
– En: 2050 mm

Baqaj bölməsinin ölçüləri:

– Uzunluq: 816-dan 2159 mm-dək
– En: 1860-dan 1870 mm-dək
– Hündürlük: 1515-dən 1788 mm-dək

Combi Flex Floor

GVW (Tam Avtomobil Kütləsi): 3500 kq
Oturacaqların sayı və yük tutumu (sürücü oturacağı daxil olmaqla): 9 oturacaq və 438 kq-dək
Təkərlərarası baza: 4035 mm

Xarici hissənin ölçüləri:

– Uzunluq: 5998 mm
– Hündürlük: 2524 mm
– En: 2050 mm

Baqaj bölməsinin ölçüləri:

– Uzunluq: oturacağın tənzimlənməsindən asılı olaraq fərqlənir
– En: 1860 mm-dən
– Hündürlük: 1788 mm

DUCATO PANORAMA

DUCATO PANORAMA

Komfortlu səyahət

Səyahət həzzini artıran eleqant və hətta daha rahat interyer, belə ki, siz sərnişinlərinizə ən yaxşı xidmətlər təklif edə bilərsiniz.

• 8/9 oturacaq versiyaları mövcuddur.
• 6-dan 2.5 m³-dək yük həcmi.
• 2 təkərlərarası baza, 2 uzunluqda, 2
• Tənzimlənən söykənəcəyə, yumşaq dirsəkaltlığına və 3 nöqtədən bərkidilən təhlükəsizlik kəmərlərinə malik tək oturacaqlar.
• Ikinci sırada sürgülü pəncərələr.
• Salonun temperaturuna optimal nəzarət üçün ikiqat temperatura nəzarət cihazı (istəyə uyğun) və hər sərnişin üçün sərin hava paylama sistemi (hər sərnişin üçün bir hava dəliyi)
• Döşəməaltı kanallar və oturacaq altındakı dəliklər vasitəsilə isti havanın hər sərnişinə ayrı-ayrılıqda ötürülməsi.

Həcmi böyük yüklərin saxlanılması üçün qatlanan və çıxarılabilən rəflərə malik baqaj bölməsi (2.5 m³-dək həcm).

Panorama

GVW (Tam Avtomobil Kütləsi): 3000-dən 3300 kq-dək
Oturacaqların sayı və yük tutumu (sürücü oturacağı daxil olmaqla): 8/9 oturacaqlar və 471 kq-dək
Təkərlərarası baza: 3000 və 3450 mm

Xarici hissənin ölçüləri:

– Uzunluq: 4963 və 5413 mm
– Hündürlük: 2254 və 2524 mm
– En: 2050 mm

Baqaj bölməsinin ölçüləri:

– Uzunluq: 588-dən 1038 mm-dək
– En: 1350 mm
– Hündürlük: 1515-dən 1788 mm-dək

Panorama Flex Floor

GVW (Tam Avtomobil Kütləsi): 3300 kq
Oturacaqların sayı və yük tutumu (sürücü oturacağı daxil olmaqla): 9 oturacaq və 403 kq-dək
Təkərlərarası baza: 3450 mm

Xarici hissənin ölçüləri:

– Uzunluq: 5413 mm
– Hündürlük: 2524 mm
– En: 2050 mm

Baqaj bölməsinin ölçüləri:

– Uzunluq: oturacağın tənzimlənməsindən asılı olaraq fərqlənir
– En: 1350 mm
– Hündürlük: 1788 mm