MƏXFİLİK

MƏXFİLİK

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

FCA Italiya Səhmdar Cəmiyyəti həm qanuni, həm də məna baxımından Şəxsi məlumatların qorunması məcəlləsinin 30 iyun 196 nömrəli Qanunvericilik Aktında müəyyən olunmuş şəxsi məlumatların qorunmasına dair tələblər tətbiq edir. Bu tələblər yalnız FCA İtaliya səhmdar cəmiyyəti ilə əlaqə yaradan əməkdaşları, təchizatçıları, müştəriləri, potensial müştəriləri deyil, eyni zamanda vebsayta baş çəkən qonaqları da əhatə edir.

ŞƏXSİ MƏLUMATLARIN VERİLMƏSİ

Əgər vebsayt istifadəçisi 30 iyun 2003-cü il 196 nömrəli qanunvericilik aktının şərtlərinə uyğun olaraq şəxsi və ya tanıtım məlumatlarını paylaşmaq istəsə, onlar bunu yalnız saytda göstərilən və adı çəkilən Qanunvericilik aktına uyğun gələn qaydalara və prosedurlara əməl etməklə reallaşdıra bilərlər.

Vebsaytda baş çəkən hər kəs şəxsi məlumatlarını təqdim etmək baxımından sərbəstdirlər. İstifadəçi şəxsi məlumatlarını aydın şəkildə və xüsusi olaraq qeyd etməzsə, Fiat Professional vebsaytında onun heç bir şəxsi məlumatları yer almaz. Səhv və ya anlaşılmaz situasiyanın yaranmaması üçün istifadəçinin təsdiqi olmadan şəxsi məlumatların qeydiyyata alınması halı baş verə bilməz.

QEYRİ-HƏSSAS ŞƏXSİ MƏLUMATLARIN İSTİFADƏSİ İLƏ BAĞLI İNFORMASİYA

30 iyun 2003-cü il 196 nömrəli Qanunvericilik Aktı (“Şəxsi məlumatların qorunması aktı”) şəxsi məlumatların istifadəsinin aid olduğu şəxsləri və digər subyektləri mühafizə edir.

Bu qanuna əsasən məlumatın istifadəsi düzlük, qanunilik, şəffaflıq və məxfiliyin və hüquqların qorunması prinsiplərinə əsaslanmalıdır. Bu səbəbdən 196/2003 nömrəli Qanunvericilik Aktının 13-cü maddəsinə uyğun olaraq aşağıdakılara diqqət edin:

ŞƏXSİ MƏLUMATLARIN İSTİFADƏ EDİLMƏSİ MƏQSƏDİ VƏ METODU

Sizin sərbəst şəkildə göndərdiyiniz məlumatlar istifadə olunacaq: a) sərbəst olaraq seçdiyiniz, yuxarıda qeyd edilən xidmətin (“Xidmət”) təmin olunması və FCA İtaliya səhmdar cəmiyyətinin qəbul olunan xidmət ilə bağlı sorğu keçirməsinə imkan vermək üçün; b) sizin razılığınızın olması şərti ilə, satış və ya təşviq məlumatlarının təmin edilməsi və FCA İtaliya səhmdar cəmiyyətinin, Satış Şəbəkəsinin və Fiat Qrup şirkətlərinin məhsulları, xidmətləri və digər fəaliyyətləri ilə bağlı reklam materiallarının göndərilməsi üçün. Şəxsi məlumatların yuxarıda göstərilən məqsədlər üçün istifadə olunması kağız sənədlər, avtomatlaşdırılmış və telematik kommunikasiyalar vasitəsilə, xüsusilə də adi məktub və ya e-poçt, telefon və faks ilə həyata keçiriləcək (həmçinin avtomatik zənglər, mətn mesajlar, mms və s.).

İNFORMASİYANIN TƏMİN EDİLMƏMƏSİNİN NƏTİCƏLƏRİ

Şəxsi məlumatlarınızı təqdim etmək hər zaman sizin seçiminizdən asılıdır; “tələb olunur” ulduz işarəsi ilə qeyd edilən hissədə məlumatların olmaması halında tələb olunan Xidmət təmin olunmayacaq. Digər detalların - məsələn, “tələb olunur” ulduz işarəsi ilə qeyd edilməyənlərin olmaması Xidmətin təmin olunmasına maneə olmayacaq.

ŞƏXSİ MƏLUMATLARINIZA DAXİL OLA BİLƏCƏK ŞƏXSLƏR

Bu formada toplanan məlumatlarınız xarici operatorlar, informasiyanın emal olunmasından və tələb olunan Xidmətin və marketinq fəaliyyətlərinin idarə olunmasından məsul olan şəxslər, informasiyanın emal edilməsi üzrə menecerlər də daxil olmaqla emal prosesinə cəlb olunan operatorlar tərəfindən və ya məlumatın ötürüldüyü şirkətlər tərəfindən aşağıda razılaşdırılmış şəkildə istifadə oluna bilər.

ŞƏXSİ MƏLUMATLARINIZIN PAYLAŞILA BİLƏCƏYİ ŞƏXSLƏR

Sizin şəxsi məlumatlarınız hüquqi öhdəliklərin yerinə yetirilməsi və ya dövlət orqanları tərəfindən verilən əmrlərə əməl edilməsi və həmçinin məhkəmədə öz hüququndan istifadə edilməsi məqsədilə üçüncü tərəflərə ötürülə bilər. Bundan başqa, sizin razılığınızın olması şərtilə, məlumatlarınız həmçinin FCA İtaliya səhmdar cəmiyyətinə və digər Fiat Qrup şirkətlərinə ötürülə bilər, onlar müvafiq məhsulların və xidmətlərin təşviqi ilə bağlı bu məlumatlardan istifadə edəcək.

MƏLUMATLARDAN İSTİFADƏ EDİLMƏSI ÜZRƏ NƏZARƏTÇİ VƏ MENECER

Məlumatlardan istifadə edilməsi üzrə nəzarətçi Turin şəhəri, Corso Agnelli küçəsi 200 ünvanında qeydiyyatdan keçirilmiş ofisin sahibi olan FCA İtaliya səhmdar cəmiyyətinin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin meneceri tərəfindən təmsil olunan FCA İtaliya səhmdar cəmiyyətidir. Xidmət üçün məlumatlardan istifadə edilməsinə görə məsuliyyət daşıyan şəxs Fiat Markasının Menecment və Kommersiya Departamentinin hazırkı meneceridir.

HÜQUQLARINIZ

196/2003 Qanunvericilik Aktının 7-ci maddəsinə uyğun olaraq sizin məlumatlarınıza daxil olmaq, qanunu pozan hər hansı istifadə ilə bağlı məlumatlarınızın dərhal yenilənməsini və silinməsini təmin etmək, kommersiya və ya reklam məqsədləri üçün məlumatlarınızdan istifadə olunmasına etiraz etmək və FCA İtaliya səhmdar cəmiyyətinin Müştəri Xidmətlərinin Turin şəhəri C.so Agnelli küçəsi 200-10135 ünvanında yerləşən Məxfilik Şöbəsinə yazaraq informasiyadan istifadə edən bütün menecerlərin tam və yenilənmiş siyahısını istəmək hüququnuz var.

 

Fiat-dan YENİLİKLƏR